ABŞ dünyanı iyrənc hala salıb – İkili standartlar münasibətlər sistemini məhv etdibackend

ABŞ dünyanı iyrənc hala salıb - İkili standartlar münasibətlər sistemini məhv etdi

“ABŞ-ni daha da hiddətləndirən, bizə qarşı aqressivləşdirən əsas məqam Azərbaycanın atdığı addımlarla bağlıdır”.

Bunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov KONKRET.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, özünü dünyanın ağası hesab edən ABŞ Azərbaycan kimi dövlətlərin müstəqil siyasət yürütməsini, hansısa problemi özlərinin müstəqil həll etməsini qəbul edə bilmir: “ABŞ onsuz da Azərbaycana qarşı həmişə ədalətsiz siyasət aparıb. Ən azından biz bunun müstəqillik əldə etdiyimiz ilk illərdə görmüşük. 907-ci düzəliş və keçmiş cinayətkar qondarma rejimə bu və ya digər formada dəstək vermələri onların ikili yanaşmalarının nəticəsi idi.  Demokratiya Sammiti adı altında tədbir keçirirlər, həmin tədbirə Azərbaycan dəvət edilmir. Hətta Türkiyəni belə dəvət etmirlər. Aİ üzvü olan Macarıstan da kənarda qalır. Amma Demokratiya Sammitinin iştirakçıları arasında Ermənistanı başda oturdurlar. Hələ demokratiya ilə heç bir əlaqəsi olmayan dövlətlərin orada iştirakını demirəm. Bu da ondan xəbər verir ki, ABŞ-nin özünün standartları var və o standartlara uyğun addımlar atılır.

Azərbaycan 2-ci Qarabağ müharibəsi ilə 30 illik münaqişəni başa çatdırdı. Bundan sonra diplomatik müstəvidə çox ciddi addımlar atır. Təbii ki, bu ondan xəbər verir ki, biz bu addımla bir sıra dövlətlərin planlarını pozmuşuq. Bu da Fransa və ABŞ kimi dövlətlərin marağına uyğun deyil və onları bir qədər də aqressivləşdirib. Amma onlar nəzərə almalıdır ki, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar formalaşdırıb. Bu reallıqlar təkcə bizim deyil, həmin qüvvələrin də mövcud olduğu bütün dünyanın maraqlarına cavab verir”.

Ekspertin fikrincə, bu gün dünyada iqtisadi maraqlara xidmət edən siyasət yürüdülür, böyük layihələrin reallaşdırılması ilə bağlı proseslər həyata keçirilir: “Azərbaycan da təbii ki, bu gün Avropanın, Asiyanın, bütövlükdə bütün dünyanın maraqlarına cavab verə biləcək layihələri reallaşdırır. Əslində bizim missiyamız, atacağımız bu addımlar daha əhəmiyyətlidir. ABŞ isə Ermənistan üzərindən regiona daxil olmağa səy göstərir və iqtisadi layihələr onun üçün ikinci plana keçib”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*