NATO-nun Avropadakı quru qoşunları komandanı və ABŞ ordusunun Avropa və Afrika üzrə baş komandanı general Kristofer Donahyu bəyan edib ki, alyans Kalininqrad vilayətini zərurət yarandıqda “yer üzündən silmək” imkanına və konkret plana malikdir.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Kalininqrad tam şəkildə NATO ölkələri ilə əhatə olunub və bu bölgədə Rusiya tərəfindən yaradılmış A2/AD (maneə və girişə qadağa) zonasını yerüstü vasitələrlə sürətlə sıradan çıxarmaq üçün bütün zəruri hazırlıqlar artıq görülüb.
“Biz artıq bu planı işləyib hazırlamışıq və lazımi potensialımız da mövcuddur”, – deyə general Donahyu Almaniyada keçirilən beynəlxalq konfransda çıxışı zamanı vurğulayıb.ğ
Natiq Səlim,
KONKRET.az