ABŞ hərbçiləri İraqdakı bazada atəşə tutuldu: ölən və yaralananlar varbackend

ABŞ hərbçiləri İraqdakı bazada atəşə tutuldu: ölən və yaralananlar var

Martın 11-də İraqın Et-Taci hərbi bazasına raket atəşi nəticəsində ABŞ-ın iki hərbi qulluqçusu və beynəlxalq antiterror koalisiyasında iştirak edən digər bir hərbçi həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bill Urbana istinadən yayıb.

Həmçinin, hücum nəticəsində 12 nəfər yaralanıb, onlardan beşi ağır vəziyyətdə təxliyə olunub.

“Bəli, iki Amerika əsgəri və bir koalisiya əsgərinin bazanın raket bombalanması zamanı öldürüldüyünü təsdiqləyə bilərəm. Aralarında 12 nəfər yaralı da var” deyib.

Onun sözlərinə görə, 18 raket Bağdadın şimalında yerləşən İraq hərbi bazasının ərazisinə düşüb.

CNN-in Pentaqon mənbələrinə istinadən verdiyi məlumata görə, hücumun arxasında İran tərəfindən dəstəklənən yaraqlılar və ya İslam İnqilabı Keşikçiləri Korpusu ola bilər.

ABŞ-ın İraq hərbi nümayəndəsi polkovnik Miles Cuggins “Twitter”də Taciyə hücumun 11 mart axşamı baş verdiyini təsdiqləyib.

O, bazadan bir neçə kilometr aralı bir yük maşınının üzərində olan ev istehsalı olan raket qurğusunun fotosunu təqdim edib.

Hücuma cavab olaraq ABŞ təyyarələri Suriyanın İraqla sərhəddəki İraq milis bazasına zərbələr endirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*