Kursk vilayətinə hücumda iştirak edən Ukrayna Silahlı Qüvvələrinin (AFU) döyüşçüləri arasında Amerikanın özəl hərbi şirkəti “Forward Observation Group”un muzdluları da var.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Eyni zamanda, hərbi qruplaşma Kiyevin qadağasını əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina edib.
“Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyinə hörmətlə, bütün suallar onlara ünvanlanmalıdır. Heç bir şərhimiz yoxdur”, – “RİA Novosti” şirkətin Rusiya regionuna hücumda iştirak edib-etməmələri ilə bağlı suala cavabını yayıb.
Qrup “İnstaqram”da muzdluların fotosunu dərc edib. Görüntülərdə hərbçilər HMMWV zirehli maşınının qarşısında poza veriblər.
“Uşaqlar Kurskdadır”, – fotoya yazılan şərhdə coğrafi yer kimi Kursk bölgəsi göstərilir.
Mediada yayılan xəbərlərə görə, fotonun mərkəzində şirkətin qurucusu Derrik Beylz yer alıb.
Biz başa düşə bilmirik rus muzdlu uzaq vuran raket pua ala bilər Ukrayna ala bilməz