Birləşmiş Ştatlar Livan hökumətinə “Hizbullah”ın maksimum 4 ay ərzində silahdan təmizlənməsi üçün vaxt verib.
KONKRET.az xəbər verir ki, ABŞ mənbələrinin məlumatına görə, bu proses Livan və İsrail arasında qarşılıqlı atəşkəs və sabitliyin təmin olunmasına yönəlmiş addımlarla müşayiət olunmalıdır.
Xatırladaq ki, dünən “Hizbullah”ın baş katibinin müavini Naim Kasim bəyan edib:
“Biz silahlarımızı İsrailə təhvil verməyəcəyik və alçaldılmayacağıq”.
Gələn həftə Beyruta ABŞ-ın xüsusi nümayəndəsi Tomas Barakın səfəri gözlənilir. O, Livan rəhbərliyindən silahsızlaşdırma cədvəlinin icrasına nəzarəti və təşkilatın nəzarət altına alınmasını tələb edəcək.
Natiq Səlim,
KONKRET.az