ABŞ “Huawei”nin müvəqqəti lisenziyasının vaxtını uzatdıbackend

ABŞ “Huawei”nin müvəqqəti lisenziyasının vaxtını uzatdı

ABŞ Çinin “Huawei” telekommunikasiya korporasiyasına qarşı məhdudiyyətlərin tətbiqini bir ay yarım müddətə təxirə salmağa qərar verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Ticarət Nazirliyinin mətbuat xidməti yayıb.

Beləliklə, milli şirkətlər aprelin 1-dək ABŞ-ın milli təhlükəsizliyinə toxunmayan məhsulları şirkətə çatdıra biləcəklər.

ABŞ hakimiyyət orqanları tərəfindən verilmiş əvvəlki müvəqqəti lisenziyanın qüvvədə olma müddəti fevralın 16-da başa çatıb.

Xəbər verildiyi kimi, ötən ilin mayında ABŞ Ticarət Nazirliyi “Huawei”ni ölkə prezidenti Donald Trampın “informasiya texnologiyalarının təhdidləri ilə əlaqədar” milli fövqəladə vəziyyət rejimi tətbiq etməsindən sonra qara siyahıya alıb.

Bununla yanaşı, nazirlik Çin şirkətinə şəbəkələrə xidmət göstərmək və proqram təminatının yenilənməsi üçün müvəqqəti lisenziya verməyə davam edir.

Qeyd edək ki, “Huawei” ABŞ-ın ən böyük operatorlarından biri olan “Verizon”a qarşı Texas Federal Dairə məhkəməsində iddia açıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*