ABŞ-ın Baş prokuroru Trampın tvitlərindən şikayət etdibackend

ABŞ-ın Baş prokuroru Trampın tvitlərindən şikayət etdi

ABŞ prezidenti Donald Trampın Ədliyyə Nazirliyinə həsr olunmuş “Tvitter”dəki paylaşımları qurumun işinə mane olur.

KONKRET.az xəbər verir ki, bu barədə “ABC News” telekanalına müsahibəsində ədliyyə naziri, Baş prokuror Uilyam Barr bildirib.

Baş prokurorun bəyanatı Ağ Evin sabiq müşaviri Roger Stounun Rusiyanın 2016-cı il prezident seçkisinə ehtimal edilən müdaxiləsinin araşdırılması ilə bağlı Trampın verdiyi şərhlərlə bağlıdır.

Barrın sözlərinə görə, Tramp bu işə görə heç vaxt bir şey xahiş etməyib, lakin onun “Tvitter”də nazirlik, idarənin əməkdaşları, işə baxan hakimlər haqda fikirləri işin gedişatına maneçilik törədir.

Baş prokurorun fikrincə, Ədliyyə Nazirliyinin məşğul olduğu cinayət işləri barədə tvitlərin yazılmasını dayandırmaq lazımdır.

Xatırladaq ki, yanvar ayında Tramp tvit sayına görə günlük rekordunu yeniləyib.

ABŞ-da artıq təsdiq olunub ki, Trampın tvitləri bazarlara birbaşa təsir edir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*