Parisdə keçirilən Ukrayna üzrə danışıqların gedişi ABŞ-ın diqqətinin hazırda Venesuelaya yönəlməsi səbəbindən qeyri-müəyyən qalır.
KONKRET.az xəbər verir ki, bu barədə The Independent məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron, ABŞ-ın hərbi əməliyyatdan əvvəl “İstəkli Koalisiya” görüşünə optimist yanaşdığını bildirirdi.
Görüşdə 35 iştirakçı, o cümlədən 27 dövlət və hökumət başçısı yer alacaq. ABŞ-ı prezident Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.
Görüşün əsas məqsədi döyüş əməliyyatları başa çatdıqdan sonra beş əsas prioritet üzrə konkret nəticələr əldə etməkdir: atəşkəsin monitorinqi, Ukrayna Silahlı Qüvvələrinə dəstək, çoxmillətli qüvvələrin yerləşdirilməsi, yeni Rusiya hücumu riskinə qarşı öhdəliklər və Ukrayna ilə uzunmüddətli müdafiə əməkdaşlığı.
Lakin The Independent qeyd edir ki, bu planların dərhal həyata keçirilməsi real görünmür, çünki Tramp hazırda Venesuelada rəhbərlik dəyişikliklərinin nəticələri ilə məşğuldur.
Müşviq Tofiqoğlu
KONKRET.az
