ABŞ-ın ən gənc konqresmen qadını milyarder investorları “diz çökdürdü”backend

ABŞ-ın ən gənc konqresmen qadını milyarder investorları “diz çökdürdü”

Amerika Birləşmiş Ştatlarının ən gənc konqresmeni, Demokrat Aleksandriya Okasio-Kortes Nyu-Yorkun 14-cü seçki dairəsində milyarder investorlar üzərində praymerizlərdə qələbə qazanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Financial Times” nəşri yayıb.

Mənbə bildirir ki, ilkin seçkilərdə Okasio-Kortesin əsas rəqibi CNBC-nin keçmiş jurnalisti Mişel Karuso-Kabrera idi. Onun kampaniyasının əsas sponsorları Blackstone Group investisiya şirkətinin rəhbəri, milyarder Stephen Schwartzman və Goldman Sachs investisiya bankının icraçı direktoru David Solomon olub.

Karuso-Kabreranın belə güclü dəstəyinə baxmayaraq, Osakio-Kortes 50 faizdən çox ciddi üstünlüyü ilə qalib gəlməyi bacarıb. İndi o, Respublikaçılar Partiyasının nümayəndəsi ilə Konqresin Nümayəndələr Palatasında bir yer uğrunda mübarizə aparmaq məcburiyyətində qalacaq. Lakin Financial Times yazır ki, seçildiyi rayon əsasən demokratların tərəfdarı olduğundan, deyə bilərik ki, o, yeni müddətə seçiləcək.

Okasio-Kortes 2018-ci ildə Nümayəndələr Palatasında hazırkı kreslosunu qazanıb. Sonra ciddi dəstəyi olan demokrat Joe Kroulini  praymerizdə udmağı bacarıb. Bundan əvvəl o, 10 il Konqresə seçilmişdi. Eyni zamanda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin yaxın adamı olduğu da bilinir.

May ayında məlum olub ki, Okasio-Kortesin daxil olduğu “Amerikanın Demokratik Sosialistlər” ictimai-siyasi təşkilatı koronavirus pandemiyası fonunda böyüməyə başlayıb.

Qeyd edilib ki, üzvlərinin ümumi sayı təxminən 66 min nəfərə çatıb, partiya liderləri isə daha da artım gözləyirdi.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*