ABŞ İsrailə hərbi yardım göndərir.
KONKRET.az xəbər verir ki, ABŞ İsrailə çox ehtiyac duyulan sursat və hərbi texnika göndərməyə başlayıb, Pentaqon isə daha nə göndərilə biləcəyini görmək üçün ehtiyatlarını nəzərdən keçirir.
“HƏMAS hücumundan sonra ilk hərbi yardım İsrailə çatır”, – Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Biz İsrailin təhlükəsizliyini təmin etmək üçün əlavə yardım tələblərini gözləyirik. “Ümid edirik ki, onların ehtiyaclarını bacardığımız qədər tez qarşılayacağıq”, – Kirbi bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az