ABŞ-ın İraqdakı 5 Hizbullah bazasına hava zərbələri endirdibackend

ABŞ-ın İraqdakı 5 Hizbullah bazasına hava zərbələri endirdi

ABŞ ordusu İraqın hər tərəfinə səpələnmiş Kataib Hizbullah qruplarına hava zərbələri endirib.

KONKRET.az xəbər verir ki, Pentaqon bunu dünən açıqlayıb.

“Bu hücumlar koalisiya qüvvələrinin yerləşdirildiyi bazalara hücumları davam etdirən İranın dəstəklədiyi şiə milis qruplarının yaratdığı təhdidə birbaşa cavab idi” deyib.

Hücumların beş silah anbarına yönəldildiyi bildirilir. Hərbçilər bunun Hizbullahın İraqdakı antiterror koalisiya qüvvələrinə qarşı gələcək hücumları həyata keçirmə qabiliyyətini əhəmiyyətli dərəcədə pozduğunu düşünür.

“ABŞ xalqımıza, maraqlarımıza və müttəfiqlərimizə edilən hücumlara dözməyəcək” deyə ABŞ-ın müdafiə naziri Mark Esper söyləyib.

Martın 11-də İraqın Et-Tadji hərbi bazasına raket atəşi nəticəsində iki ABŞ əsgəri və beynəlxalq antiterror koalisiyasında iştirak edən bir hərbçinin öldüyü məlum olub. Həmçinin, hücum nəticəsində 12 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

ABŞ təyyarələrinin İraq ilə Suriya sərhəddindəki İraq milisinin əl-Haşd aş-Şaabi bazasına zərbə endirdiyi də deyilir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*