ABŞ-ın neft ehtiyatları kəskin şəkildə azaldı – VİDEObackend

ABŞ-ın neft ehtiyatları kəskin şəkildə azaldı - VİDEO

ABŞ-da neft ehtiyatları kəskin şəkildə azalıb. Belə ki, bir həftə ərzində gözlənilən 900 min barel əvəzinə 15,5 milyon barel azalıb ki, bu da qara qızılın qiymətinin dərhal artmasına təkan verib. Səhər birjalarında “Brent” və “WTI” nefti bahalaşıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq reytinq agentliyi “Fitch” ABŞ-ın uzunmüddətli reytinqini aşağı salıb. Bu, ölkənin daim artan dövlət borcu və tənəzzül tendensiyası fonunda defolt riskinin artması deməkdir.

Ölkənin maliyyə naziri bu məlumatlarla razılaşmır. Belə ki, nazir Canet Yellen indi hamını Amerika iqtisadiyyatında hər şeyin yaxşı olduğuna inandırmağa çalışır.

“Fitch Ratings”in bu gün elan etdiyi dəyişiklik özbaşına olub və köhnəlmiş məlumatlara əsaslanır. Agentliyin reytinq hesablama modeli 2018-ci ildən 2020-ci ilə qədər nəzərəçarpacaq dərəcədə azalıb. Bununla belə, bir çox göstəricilərdə gördüyümüz irəliləyişlərə baxmayaraq, “Fitch” dəyişiklikləri elan edir”, – deyə Canet Yellen bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*