ABŞ-ın onlarla ştatı “Meta”nı məhkəməyə verdibackend

ABŞ-ın onlarla ştatı “Meta”nı məhkəməyə verdi

Meta sosial mediadan istifadənin riskləri barədə ictimaiyyəti çaşdırmaqda və gənclər arasında psixi sağlamlıq böhranına töhfə verməkdə günahlandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, iddialar ABŞ-ın onlarla ştatının elan etdiyi federal məhkəmədə irəli sürülüb.

Məlumata görə, şirkət öz platformalarının “əhəmiyyətli təhlükələrini” gizlətməklə yanaşı, istifadəçiləri “tələyə” salmaq üçün asılılıq yaradan xüsusiyyətlərdən istifadə edib.

Bundan başqa, şirkət Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktı ilə bağlı öhdəliklərini pozaraq, 13 yaşından kiçik uşaqlardan məlumat toplayıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*