ABŞ-ın pulları Ermənistan və Qırğızıstana “axır” – İLGİNC AÇIQLAMAbackend

ABŞ-ın pulları Ermənistan və Qırğızıstana “axır” – İLGİNC AÇIQLAMA

“Qeyri-hökumət təşkilatlarının təsir aləti ideyasını irəli sürən ABŞ onları postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə yerləşdirməyə çalışır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya  Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib. Nazir xatırladıb ki, ABŞ minlərlə qeyri-hökumət təşkilatı yaradıb, onların əksəriyyəti postsovet məkanında, xüsusən Ermənistanda və Qırğızıstanda işləyir. Onun sözlərinə görə, ABŞ onları digər Mərkəzi Asiya ölkələrində də fəal şəkildə tətbiq etməyə çalışır: “Bu təşkilatları böyük ölçüdə qeyri-hökumət adlandırmaq olar”.

Lavrov qeyd edib ki, bir çox fondlar Amerika bürokratiyasının bir hissəsi olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə 90% maliyyələşdirilir: “Onların xətti həmin qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdən ibarətdir”, – deyə Lavrov vurğulayıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*