ABŞ-ın vitse-prezidenti rəsmi iqamətgahına köçə bilmədibackend

ABŞ-ın vitse-prezidenti rəsmi iqamətgahına köçə bilmədi

ABŞ-ın Vitse-prezidenti Kamalla Harris və həyat yoldaşı Duq Emhof Vaşinqton əyalətindəki hərbi-dəniz akademiyası ərazisində yerləşən yeni iqamətgaha köçə bilməyiblər.

KONKRET.az “CBS News”a istinadən xəbər verir ki, cütlük təmir səbəbindən köçmək prosesini təxirə salmalı olub.

Hazırda ABŞ-ın ikinci şəxsinin ailəsilə birlikdə yaşadığı evdə avadanlıqlar təmizlənərək qaydaya salınır.

Ustalar təmir prosesində evin boş olmasını xahiş ediblər.

Hazırda təmirin nə qədər davam edəcəyi və buna nə qədər pul xərclənəcəyi məlum deyil.

Bu arada vitse-prezidentin Vaşinqtonda ev sahibi olması faktı ortaya çıxıb və təmirin sonunadək Harrisin məhz orada qalacağı bildirilir. Evin dəqiq ünvanı isə açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*