ABŞ İraqda İranın dəstəklədiyi silahlılara qarşı iki silsilə zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat veriblər.
Məlumata görə, zərbələr İraqda iki hədəfə endirilib.
“Bu zərbələr İranın dəstəklədiyi qrupların ABŞ və koalisiya qüvvələrinə qarşı hücumlarına birbaşa cavab idi”, – bəyanatda deyilir.
ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi deyib ki, zərbə nəticəsində Bağdadın cənubundakı Kataib Hizbullah əməliyyat mərkəzi və Kataib Hizbullah komanda-nəzarət mərkəzi məhv edilib.
Ariz Həsənoğlu,
KONKRET.az