ABŞ kənarda qaldı: Rusiya-Ukrayna müharibəsini bu ölkə bitirəcək – YENİ SSENARİbackend

ABŞ kənarda qaldı: Rusiya-Ukrayna müharibəsini bu ölkə bitirəcək - YENİ SSENARİ

Rusiya–Ukrayna müharibəsinin dayandırılması və sülh proseslərinin sürətləndirilməsi üçün Zelenskinin Türkiyə, Fars körfəzi ölkələri və ya Avropa dövlətlərində görüş keçirilməsi barədə təklifi gündəmdədir. Bəs görəsən, münaqişənin nizamlanmasında bu regionların və dövlətlərin rolu nə ola bilər?

Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, ABŞ bu görüşün təşkili ilə maraqlıdır. Onun sözlərinə görə, Donald Tramp Zelenski ilə Putin arasında birbaşa danışıqların keçirilməsi üçün çalışır, lakin Moskvanın danışıqlardan yayındığı müşahidə olunur.

İlyas Hüseynov: “Azərbaycanın əldə etdiyi uğurlar bütün dünyada müzakirə  olunur” | KONKRET

İlyas Hüseynov qeyd edib ki, Zelenskinin müxtəlif coğrafiyaları görüş yeri kimi sadalaması əslində prosesin irəliləməsinə dair mesajdır:

“Türkiyə ən real variant hesab olunur. Türkiyə həm əvvəllər taxıl sazişində, əsirlərin mübadiləsində, həm də İstanbulda nümayəndə heyətlərinin görüşündə mühüm vasitəçi rolunu oynayıb. Bu səbəbdən də sülh prosesinin məntiqi sonluğunun Türkiyədə baş tutması daha inandırıcıdır.

Fars körfəzi ölkələrinin, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin müəyyən şansı var. Daha əvvəl Rusiya tərəfi də Körfəz dövlətlərində görüşün keçirilməsi ideyasına müsbət yanaşmışdı.

Avropa ölkələri isə bu istiqamət daha az perspektivli görünür. Çünki Avropa dövlətlərinin əksəriyyəti açıq şəkildə Ukraynanı dəstəkləyir. Serbiya, Macarıstan və Slovakiya zaman-zaman neytral mövqe göstərsələr də, onlar da Qərbin təzyiqindən kənarda qalmırlar”.

Siyasi şərhçinin qənaətinə görə, bütün variantlar arasında ən real ssenari Türkiyədə görüşün keçirilməsidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*