ABŞ kəşfiyyat xidmətləri rus jurnalisti hava limanında bir neçə saat dindirdibackend

ABŞ kəşfiyyat xidmətləri rus jurnalisti hava limanında bir neçə saat dindirdi

15 oktyabrda RT telekanalının jurnalisti Konstantin Rojkov Nyu-York hava limanında uzun müddət Amerika xüsusi xidmət orqanları tərəfindən dindirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Diplomatik nümayəndəliyə görə, rusiyalı ABŞ-a 3 noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində Amerika dövləti haqqında sənədli film çəkmək üçün gəlib.

Qeyd olunur ki, Rojkovdan bütün elektron daşıyıcıları göstərmək və Sputnik V koronavirus peyvəndini qəbul etdiyi  barədə izahat vermək tələb olunub.

Səfirlik hesab edir ki, “Rusiya KİV işçisinin dindirilməsi açıq şəkildə ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı adi prosedurların hüdudlarından kənara çıxıb”.

“Biz hadisəni Amerika səlahiyyətlilərinin mətbuat nümayəndəsinə təzyiq göstərməyə yönəlmiş kobud bir cəhd kimi qiymətləndiririk, bu da tamaşaçılara ABŞ-da hakim olanlara alternativ baxışları görməyə imkan verir”. Rusiya səfirliyi belə deyib.

Bundan əlavə, ABŞ Dövlət Departamentindən müvafiq izahatlar tələb ediləcəyi bildirilir.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*