Military Watch Magazinein məlumatına görə, Donald Trampın administrasiyası Ukraynaya JASSM tipli qanadlı raketlərin, o cümlədən F-16 qırıcıları üçün nəzərdə tutulan versiyalarının verilməsini müzakirə edir.
KONKRET.az xəbər verir ki, qeyd olunur ki, JASSM raketlərinin köhnə modelləri təxminən 370 kilometrə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Lakin daha yeni və təkmilləşdirilmiş versiyaları 800 kilometrdən çox uzaqlıqdakı obyektləri məhv edə bilir.
Ekspertlərin fikrincə, belə uzaqmənzilli raketlərin Ukraynaya verilməsi Rusiya ərazisindəki hərbi infrastrukturun vurulması imkanlarını genişləndirə bilər. Eyni zamanda, bu addım ABŞ-ın Ukraynaya dəstəyinin keyfiyyətcə yeni mərhələyə keçməsi kimi dəyərləndirilir.
Natiq Səlim,
KONKRET.az