ABŞ Konqresi COVID-19-un Uhandakı bir laboratoriyada yarandığını açıqladıbackend

ABŞ Konqresi COVID-19-un Uhandakı bir laboratoriyada yarandığını açıqladı

ABŞ Konqresinin alt komitəsinin araşdırması nəticəsində məlum olub ki, COVID-19-un patogeni Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb.

KONKRET.az Fox News-a istinadən xəbər verir ki, 520 səhifəlik hesabatın hazırlanmasına 2 il vaxt sərf olunub. Hesabatda qeyd edilir ki, virus təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malikdir. Hesabatda o da bildirilir ki,  Uhanda SARS (ağır kəskin respirator sindrom) ilə mübarizə üzrə Çinin aparıcı tədqiqat laboratoriyası yerləşir. Laboratoriyanın tədqiqatçıları SARS-CoV-2-yə oxşar virusa 2019-cu ilin payızında, virusun qida bazarında aşkarlanmasından aylar əvvəl yoluxublar.

Koronavirus pandemiyasının başlanğıcında virusun mənşəyi Çində ət, balıq və ekzotik heyvanların sanitar şəraitə riayət edilmədən satıldığı bazarlarla əlaqələndirilirdi. Koronavirusun statistikasını  aparan “Worldometers” saytına görə, xəstəlik indiyədək 7 milyondan çox insanın ölümünə səbəb olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*