ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi milyarder cinsi cinayətkar Cefri Epşteyn işi ilə bağlı araşdırma çərçivəsində sabiq yüksəkvəzifəli rəsmilərə çağırış vərəqələri göndərib.
KONKRET.az xəbər verir ki, siyahıya ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və keçmiş prezident Bill Klintonla yanaşı, sabiq FTB rəhbərləri Ceyms Komi və Robert Müller, həmçinin əvvəlki baş prokurorlar Loretta Linç, Erik Holder, Uilyam Barr, Ceff Seşns, Alberto Qonsales və Merrik Qarland daxildir.
Məlumata görə, ifadəvermələr 18 avqustdan başlayacaq və oktyabrın ortalarına qədər davam edəcək.
ABŞ Ədliyyə Nazirliyi isə 19 avqustadək Epşteyn işi ilə bağlı bütün sənədləri, o cümlədən Bayden administrasiyası ilə yazışmaları Komitəyə təqdim etməlidir.
Natiq Səlim,
KONKRET.az