ABŞ Konqresi iqtisadiyyatı stimullaşdırmaq üçün 2 trilyon dollar ayırmağa razılıq verdibackend

ABŞ Konqresi iqtisadiyyatı stimullaşdırmaq üçün 2 trilyon dollar ayırmağa razılıq verdi

ABŞ Konqresi koronavirus epidemiyası fonunda ABŞ iqtisadiyyatını dəstəkləmək üçün 2 trilyon dollar verməyə razı olub.

KONKRET.az xəbər verir ki, müqavilə haqda informasiyanı Respublikaçıların lideri Mitch McConnell yayıb.

Bu pul ilk növbədə koronavirusdan əziyyət çəkən kiçik və orta sahibkarlığı stimullaşdırmaq, eləcə də adi ailələri dəstəkləmək üçün xərclənəcək.

Həmçinin, adambaşına 1200 dollar məbləğində birdəfəlik ödəmələrin də verilməsi gözlənilir.

Daha əvvəl prezident Donald Tramp deyib ki, əlavə maliyyə vəsaiti olmasa, ABŞ iqtisadiyyatı tənəzzüllə üzləşəcək:

“Çünki epidemiya bir çox sənayeni iflic edib. Hələ də bunun sonu görünmür”.

Bu günə qədər ABŞ-da 60 minə yaxın koronavirus infeksiyası hadisəsi qeydə alınıb, 800 nəfər ölüb.

Bir neçə gündür ki, Konqresdə belə əhəmiyyətli miqdarda əlavə vəsait ayrılması ilə bağlı mübahisələr gedir.

“İqtisadiyyatımıza qoyulan bu investisiyalar müharibə dövrünə uyğundur”, deyə Mitch McConnell etiraf edib:

“Bu  mövcud vəziyyətin eksklüzivliyini göstərir”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*