ABŞ Konqresinin spikeri Rusiyaya görə əks-kəşfiyyat rəhbəri ilə dalaşdıbackend

ABŞ Konqresinin spikeri Rusiyaya görə əks-kəşfiyyat rəhbəri ilə dalaşdı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və digər yüksək vəzifəli demokratlar Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru, FTX-nın agenti Uilyam Evanina ilə söz davasına çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri yayıb.

Səbəb kimi 2020-ci il prezidentlik kampaniyasına Rusiyanın müdaxiləsi ilə əlaqədar istintaqın təfərrüatlarının gizli saxlanılması göstərilir.

Beləliklə, Pelosi brifinqin sonunda ABŞ prezident administrasiyasının seçkilərə müdaxilə dəlillərini “gizlətdiyini” söyləyib.

Qəzetin yazdığına görə, demokratlar Evaninanın Çin, Rusiya və İranın müdaxiləsi ilə bağlı dediklərini həddən artıq qeyri-müəyyən və mənasız adlandırıblar.

Milli Kəşfiyyat İdarəsinin bir əməkdaşı federal xidmətdə 30 illik təcrübəsi olan, məxfi məlumatları qorumağı bacarmayan Evaninadan məyus olduğunu söyləyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*