ABŞ məhkəməsi Trampın qərarını BLOKLADI – Harvardla bağlı…backend

ABŞ məhkəməsi Trampın qərarını BLOKLADI - Harvardla bağlı...

Harvard xarici tələbələri qəbul etməyə davam edəcək

ABŞ-da federal məhkəmə, Donald Tramp administrasiyasının Harvard Universitetini xarici tələbələri qəbul etmək hüququndan məhrum etməyə yönəlmiş qərarını qüvvədən salıb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Qərar, Tramp dövründə pandemiya səbəbilə onlayn tədrisə keçən universitetlərin yalnız ABŞ-da olan tələbələrə xidmət göstərə biləcəyi ilə bağlı verilmiş mübahisəli qərarın qarşısını alır. Məhkəmə bu addımın qanunsuz və əsassız olduğuna qərar verərək, Harvard və digər ali təhsil müəssisələrinin xarici tələbələri qəbul etmək hüququnu qoruyub saxlayıb.

Bu qərar ABŞ-da təhsil alan minlərlə xarici tələbə üçün mühüm əhəmiyyət daşıyır və eyni zamanda universitetlərin beynəlxalq statusunu dəstəkləyən əhəmiyyətli bir presedent kimi qiymətləndirilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*