Rusiya Donald Trampla danışıqlarda Ukraynadan neytrallıq tələb edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “Bloomberg” agentliyi məlumat yayıb. Materialda deyilir ki, Moskva Kiyevdən NATO ilə hərbi əlaqələri kəskin şəkildə azaltmağı, neytrallığı qəbul etməyi və silahlı qüvvələrini məhdudlaşdırmağı tələb edəcək.
Bundan əlavə, iddia edilir ki, Rusiyanın mövqeyi həm də ondan ibarətdir ki, bəzi NATO üzvləri ikitərəfli təhlükəsizlik sazişləri çərçivəsində Ukraynaya silah tədarükünü təşkil etməyə davam edə bilər. Lakin onlardan Rusiyaya qarşı istifadə edilməməlidir.
Vəli Həsənoğlu,
KONKRET.az