Pentaqonun rəhbəri Lloyd Ostin noyabrın 20-də Ukraynaya səfərə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, ABŞ müdafiə naziri Ukrayna rəhbərliyi ilə görüşəcək və Vaşinqtonun dəstəyini bir daha bəyan edəcək.
Ostin X sosial şəbəkəsində yazıb: “Mən Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə indicə gəlmişəm”.
Nazir əlavə edib ki, Kiyevdə ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyi ilə bağlı “vacib mesaj” verməyi planlaşdırır.
Ariz Həsənoğlu,
KONKRET.az