ABŞ prezidenti Co Bayden administrasiyası müttəfiqləri ilə Ukraynanın hərbi səylərinə kömək məqsədilə dondurulmuş Rusiya aktivlərinin (təxminən 300 milyard dollar) istifadəsi ilə bağlı təcili danışıqlara başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən yazıb.
ABŞ-ın maliyyə naziri Janet Yellen daha əvvəl bəyan etmişdi ki, Konqresin təsdiqi olmadan aktivlərin müsadirəsi mümkün deyil. Bundan əlavə, bəzi yüksək rütbəli rəsmilər belə addımlara görə digər ştatların öz aktivlərini ABŞ-da saxlamaqdan imtina edə biləcəyindən ehtiyat edirlər.
ABŞ rəsmiləri bildiriblər ki, maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, diplomatlar və hüquqşünaslar arasında danışıqlar son həftələrdə intensivləşib.
Burhan,
KONKRET.az