“Donald Tramp NATO-ya arxasını döndərməyəcək”.
KONKRET.az xəbər verir ki, bunu bunu “Sky News” telekanalına açıqlamasında Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.
“Mən ABŞ-nin NATO-dan üz döndərəcəyini gözləmirəm. Onlar ittifaqın əhəmiyyətini dərk edirlər. Onlar Avropada gələcək münaqişələrin qarşısının alınmasının vacibliyini dərk edirlər”, – Britaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Xatırladaq ki, Donald Tramp noyabrın 5-də yenidən prezident seçilib.
Məlik,
KONKRET.az