Əgər ABŞ Şimali Atlantika Alyansından çıxsa, Avropa İttifaqı NATO-nun idarə olunması və maliyyələşdirilməsində çətinliklərlə üzləşəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb. Nəşrin hesablamalarına görə, Vaşinqtonun NATO-dan imtina etməsi alyansın ABŞ tərəfindən həyata keçirilən əməliyyat planına təsir edəcək. Bundan əlavə, müdafiə xərclərinin artması səbəbindən Aİ-nin dövlət borcu artacaq, səhiyyə və təhsilə xərclər azalacaq. Alyans ölkələri üçün başqa bir problem kəşfiyyat məlumatları əldə etməklə bağlıdır. Çünki Avropa kəşfiyyat baxımından ABŞ qədər güclü deyil.
Vəli Həsənoğlu,
KONKRET.az