ABŞ Dövlət katibi bildirib ki, Vaşinqton NATO müttəfiqləri ilə birgə Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün iş aparır.
KONKRET.az xəbər verir ki, ABŞ Dövlət katibi Mark Rubio ilə Senatdakı dinləmələrdə çıxış edən dövlət katibi qeyd edib ki, ukraynalılar əlavə hərbi yardım olaraq məhz hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot sistemlərini tələb ediblər. Lakin ABŞ-da bu sistemlər məhdud saydadır və onları birbaşa vermək mümkün deyil.
O bildirib ki, ABŞ və NATO müttəfiqləri arasında Patriot batareyalarına malik ölkələr var və bu ölkələrdən Ukraynaya tədarük edilə biləcək sistemlər mövcuddur. Bu, xüsusilə Kiyev və digər strateji ərazilərin hava məkanının müdafiəsi üçün vacibdir.
Dövlət katibi vurğulayıb ki, bu sistemlərin təmin edilməsi sürətli baş vermir, çünki müttəfiqlər öz müdafiə qabiliyyətlərini zəiflətmək istəmirlər. Eyni zamanda, Ukraynada döyüş əməliyyatları səbəbindən sursatlar çox sürətlə tükənir.
Bu açıqlamalar ABŞ-ın Ukraynanın hava hücumlarından müdafiə sahəsində dəstəyini artırmaq istiqamətində səylərini göstərir.
Natiq Səlim,
KONKRET.az