ABŞ administrasiyası Tehranın nüvə proqramı üzrə danışıqlarda İran hakimiyyətinə təzyiq rıçaqı kimi bunker əleyhinə bombalarının İsrailə ötürülməsi imkanını nəzərdən keçirir və növbəti raund bu həftə baş tuta bilər.
KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, İsraildə olmayan bu cür bombalar İranın Fordo yeraltı nüvə obyektini məhv etmək üçün lazımdır.