ABŞ-nin deportasiya siyasəti bəzi ölkələri çətin vəziyyətə salıbbackend

ABŞ-nin deportasiya siyasəti bəzi ölkələri çətin vəziyyətə salıb

Kolumbiya hökuməti Amerika tərəfinin deportasiya etdiyi miqrantların qeyd-şərtsiz qəbulu üçün ABŞ prezidenti Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Sənəddə deyilir: “Kolumbiya hökuməti ABŞ-dən repatriasiya edilmiş bütün qeyri-qanuni kolumbiyalı miqrantların məhdudiyyətsiz və ya gecikmə olmadan, o cümlədən ABŞ hərbi təyyarələri ilə məhdudiyyətsiz qəbulu da daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb”. Eyni zamanda, məmurlar üçün viza məhdudiyyətləri,  Kolumbiya vətəndaşlarına və ölkədən gələn yüklərə artan sərhəd nəzarəti, ilk repatriasiya edilmiş miqrantlar qrupunu qəbul edənə qədər qüvvədə qalacaq.

Bəyanatda qeyd edildiyi kimi, Kolumbiya hakimiyyəti miqrantların qəbulu ilə bağlı sazişin şərtlərini yerinə yetirməsə, ticarət rüsumları və sanksiyaların tətbiqi üzrə hazırlanmış layihə imzalanacaq.

Bazar günü Kolumbiya prezidenti Qustavo Petro deportasiya olunmuş kolumbiyalı miqrantları daşıyan ABŞ hərbi təyyarələrinin ölkəyə enməsini qadağan edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*