ABŞ-nin Zəngəzur planının arxasında nə dayanır? – Cənubi Qafqazda təsir imkanlarını…backend

ABŞ-nin Zəngəzur planının arxasında nə dayanır? - Cənubi Qafqazda təsir imkanlarını...

“Zəngəzur dəhlizi ilə bağlı məsələ ətrafında rəsmi Vaşinqtonun fəallığı diqqətdən yayınmır. Məlumdur ki, 2020-ci il 10 noyabr sənədinə əsasən, Zəngəzur dəhlizi məsələsinə görə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları orada nəzarət- təhlükəsizlik prosesini həyata keçirməlidir. Ermənistan tərəfin bu məsələdə mövqeyi bəllidir – bu bəndin əleyhinədir. Azərbaycanın isə mövqeyi budur ki, heç bir maneə olmadan sərnişinlərin və yüklərin daşınması həyata keçirilməlidir. Hər hansı gömrük postu və sərhəd yoxlaması olmadan vətəndaşlarımızın keçidi reallaşdırılmalı, yüklərimiz eyni qaydada keçməlidir. Bu məsələ ətrafında çox ciddi fikirlərimiz var. Fikir ayrılığı o qədər böyük oldu ki, bu bənd hətta sülh müqaviləsindən çıxarıldı. Hələ ki çıxarıldı, gələcəkdə bir daha mümkün qayıdış şərti ilə. Son zamanlar ABŞ bu məsələyə xüsusi diqqət ayırır. Bu onun göstəricisidir ki, ABŞ Cənubi Qafqazda öz təsir imkanlarını artırmaq niyyətindədir. Bunu həyata keçirmək üçün müxtəlif mexanizmlər var. Rəsmi Vaşinqtonun mövqeyinə görə, onlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. ABŞ burada şirkətlərinin təmsilçiliyi ilə prosesi həyata keçirmək istəyir. Hər hansı hərbi təmsilçilikdən və hansısa təhlükəsizlik orqanının yoxlamasından söhbət getmir. Söhbət bundan gedir ki, ABŞ-nin mülki şirkəti gömrük və digər funksiyaları həyata keçirmək niyyətini ortaya qoyur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“ABŞ-nin Zəngəzura nəzarət üçün 100 illik icarə təklif etdiyi də mətbuatda yayılmış məlumatlar sırasındadır. Ermənistan tərəfinin ABŞ-dən gələn bu təklifə loyallığı hiss olunur. Söyləyirlər ki, təklifi araşdırırlar, Ermənistanın milli mənafeyinə uyğun gələcəyi təqdirdə onu qəbul edə bilərlər. Hesab etmək olar ki, Ermənistan artıq bu təklif qəbul edib. Yəni bu görüntü var. Azərbaycan dövlətinin mövqeyi isə budur ki, hər hansı maneədən söhbət gedə bilməz, müxtəlif istiqamətlər üzrə gələcək təklifləri araşdırır. Burada əsas məsələ bizim milli və dövlət maraqlarımızdır. Bu və ya digər addımı atarkən təhlükəsizlik məsələlərini, atılan addımın doğura biləcəyi hisləri, bütün məsələləri təhlil, analiz edib, yekun nəticəyə gəlirik. Bu, Azərbaycanın sınaqdan çıxmış təcrübəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu müdrikliyi, orijinallığı ilə seçilir. Bu, Azərbaycanın strateji hədəflərinə çatmaq üçün münbit şəraiti hər zaman təmin etməsi ilə seçilir və fərqlənir”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*