ABŞ ordusu istənilən hədəfi dəqiqələr içində MƏHV EDƏCƏK – Admiraldan ŞOK TƏHDİDbackend

ABŞ ordusu istənilən hədəfi dəqiqələr içində MƏHV EDƏCƏK - Admiraldan ŞOK TƏHDİD

ABŞ Silahlı Qüvvələri süni intellektə əsaslanan təsvir analiz sistemi Maven sayəsində dünyanın istənilən nöqtəsindəki hədəfi bir neçə dəqiqə ərzində aşkarlayıb məhv edə biləcək. Bu barədə ABŞ-ın Milli Geoməkan Kəşfiyyat Agentliyinin (NGA) direktoru, vitse-admiral Frənk Uitvort məlumat verib.

KONKRET.az xəbər verir ki, Uitvortun açıqlaması ABŞ hərbi-sənaye məsələlərinə dair ixtisaslaşmış Breaking Defense nəşrində dərc olunub.

“Maven sistemi hədəflərin təyinatı və məhv edilməsinə sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldıb. Əvvəllər bu proses bir neçə saat çəkirdisə, indi hədəfin aşkarlanmasından onun vurulmasına qədərki müddət cəmi bir neçə dəqiqə təşkil edir”, – deyə vitse-admiral bildirib.

Uitvortun sözlərinə görə, bu texnologiya ABŞ kəşfiyyat sistemini keyfiyyətcə yeni mərhələyə daşıyır və real vaxtda qərar qəbuletmə imkanlarını ciddi şəkildə genişləndirir. Maven süni intellekti peyk görüntüləri və digər geoməkan məlumatlarını sürətlə analiz edərək potensial hədəfləri müəyyən edir və dərhal zərbə sistemlərinə ötürür.

Hərbi ekspertlər qeyd edirlər ki, bu sistemin tətbiqi döyüş meydanında taktiki üstünlük yaratmaqla yanaşı, uzaq məsafəli əməliyyatlarda da ABŞ ordusuna ciddi üstünlük verəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*