ABŞ peyk əleyhinə sistemləri gücləndirirbackend

ABŞ peyk əleyhinə sistemləri gücləndirir

ABŞ Kosmik Qüvvələri potensial münaqişə vəziyyətində Çin və Rusiya peyklərinə qarşı durmaq üçün yeni yer əsaslı elektron müharibə (EW) sistemini yerləşdirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Pentaqonun nümayəndələri agentliyə bildiriblər ki, peyklərin elektron siqnalını boğmaq üçün ilk 11 cihaz bir neçə aydan sonra, daha 13 qurğu bu ilin sonunadək istifadəyə veriləcək. Uzaqdan Modul Terminal adlanan yeni elektron müharibə sistemləri sərt iqlimlərdə yerləşdirilə bilən kiçik, mobil və ucuz peyk rabitə tıxaclarıdır. Onların əsas məqsədi potensial düşmənin peyk rabitəsini bloklamaqdır.

Agentlik bu cür terminalların əsas üstünlükləri arasında onları uzaqdan idarə etmək və geniş ərazilərdə çoxlu sayda yerləşdirmək imkanını qeyd edir.

Məlumata görə, ABŞ Kosmik Komandanlığının rəhbəri Stiven Uaytinq vurğulayıb ki, “Çin də daxil olmaqla potensial hücumlara qarşı kosmos texnologiyalarından istifadə olduqca vacibdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*