ABŞ rəsmisindən ŞOK AÇIQLAMA: “Avropanın ən qanlı savaşının…”backend

ABŞ rəsmisindən ŞOK AÇIQLAMA: "Avropanın ən qanlı savaşının..."

“30 günlük atəşkəs Avropanın ən qanlı savaşına sonun başlanğıcı ola bilər”

ABŞ-ın sabiq prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada 30 günlük atəşkəs təklifini dəstəklədiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib: “Havada, quruda, dənizdə və infrastruktur sahəsində hərtərəfli atəşkəs Avropada İkinci Dünya Müharibəsindən bəri ən böyük və ən uzun müharibənin dayandırılması prosesinə başlaya bilər. ABŞ prezidenti dəfələrlə deyib: öldürməyə dərhal son verin!”

Qeyd edək ki, Kelloq bu sözləri Ukraynanın xarici siyasət idarəsinin rəhbəri Andrey Sibigaya istinadla yazıb. Sibiga bildirmişdi ki, bu gün Kiyevə gələn Avropa liderləri və Ukrayna prezidenti ABŞ lideri ilə birgə danışıqlar aparıblar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*