ABŞ rəsmisinin Bakıya səfərindən sonra nə dəyişdi?backend

ABŞ rəsmisinin Bakıya səfərindən sonra nə dəyişdi?

Son vaxtlar ABŞ-ın Azərbaycana olan mövqeyinin kəskin dəyişməsi iki ölkə arasında gərginliyə səbəb olub. Konqresdə dinləmələr zamanı Azərbaycan əleyhinə səslənən bəyanatlar, Dövlət Departamenti katibinin müavininin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlər bu ziddiyyətləri bir qədər də artırıb. Üstəlik, Ermənistanının mövqeyini birmənalı dəstəkləməkdə davam edən Amerikanın Cənubi Qafqaz siyasətinin kökündə başqa elementlərin olması Azərbaycanın maraqlarına ziddir.

Məsələni KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, ABŞ Azərbaycanla münasibətləri özünün birtərəfli mövqeyi ilə gərginləşdirib:

“Əslində Amerika və Azərbaycan arasındakı münasibətlərdə yaranan kəskinlik və gərginlik məhz ABŞ-ın birmənalı şəkildə Ermənistana dəstək verməsi və Azərbaycanın real haqq işinə qarşı birmənalı mövqe tutmasıyla baş verdi.

Amma istənilən halda ABŞ dövlət katibinin müavininin Azərbaycana səfəri vacibdir. Nəzərə almaq lazımdır ki, iki ölkə arasındakı münasibətlərin kəskinləşməsi birbaşa O”Braynın Azərbaycan əleyhinə dezinformasiyalar səsləndirməsindən sonra baş verib.

Bu baxımdan ABŞ dövlət katibinin Azərbaycan prezidentindən O”Braynın səfəri ilə bağlı xahiş etməsi, eyni zamanda Azərbaycanın bəzi rəsmilərinin ABŞ-a səfərinə tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması iki ölkə arasındakı münasibətlərdə müsbətə doğru dönüş yaradır. İstənilən halda məhz O”Braynın açıqlamalarına görə daha da gərginləşən Azərbaycan-ABŞ münasibətləri O”Braynın Bakı səfərindən sonra müsbətə doğru dəyişəcək.
Dünən O”Brayn Azərbaycan prezidenti ilə görüşdü, müəyyən müzakirələr aparıldı. Bu, ABŞ-ın səhvləri ucbatından baş verən soyuqlaşma tendensiyasını müəyyən qədər aradan qaldıracaq.

Eyni zamanda O”Braynın səfərində Azərbaycanla Ermənistan arasındakı münasibətlərin gələcək taleyi də müzakirə edilib, əlbəttə, düşünürəm ki, sülh müqaviləsi ilə bağlı bir sıra məsələlərə toxunulub. Hər halda O”Braynın səfəri Azərbaycanla ABŞ arasındakı münasibətlərdə müsbət nəticələrə səbəb olacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*