ABŞ Rusiya ilə SÖVDƏLƏŞİB? – Tramp AÇIQLADIbackend

ABŞ Rusiya ilə SÖVDƏLƏŞİB? - Tramp AÇIQLADI

ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri zamanı onun guya Rusiya ilə “sövdələşməsi” barədə yayılan məlumatları saxtakarlıq adlandıraraq, bu işin arxasında duran şəxslərin sərt şəkildə cəzalandırılmasını tələb edib.

KONKRET.az xəbər verir ki, Tramp bəyanatında bildirib:

“Bütün faktlar ağ-qara şəkildə ortadadır. Bu, Amerikanın tarixində ən böyük qalmaqaldır. Bu cinayəti törədənlər sərt şəkildə cəzalandırılmalıdır. Belə bir şeyin ölkəmizdə bir daha baş verməsinə imkan vermək olmaz!”

Tramp daha əvvəl keçmiş prezident Barak Obamanı 2016-cı il “Rusiya işi”nin “sui-qəsd lideri” adlandırmış, onun seçki kampaniyasını zəiflətmək üçün Federal Təhqiqat Bürosunu (FBI) manipulyasiya etdiyini iddia etmişdi. Trampın sözlərinə görə, Obama “kölgə lider” kimi hərəkət edərək onun qələbəsinin qarşısını almağa çalışıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*