ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək – Bu gün açıqlanacaqbackend

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək – Bu gün açıqlanacaq

“ABŞ-nin Rusiyaya qarşı yeni sarsıdıcı sanksiyalar paketinə yüzlərlə yeni məhdudiyyətlər daxildir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bu açıqlamanı Vaşinton Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində çıxışı zamanı deyib.

Nulandın sözlərinə görə, yeni tədbirlər həm də Ukraynadakı hərbi əməliyyatlara görə tətbiq edilən mövcud sanksiyalarda “boşluqları aradan qaldırmaq” və onlardan yan keçməyə imkan verməmək məqsədi daşıyacaq.

Xatırladaq ki, Ağ Ev yeni sanksiyalar paketini bu gün, fevralın 23-də açıqlayacağını bildirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*