ABŞ Maliyyə Nazirliyi avqustun 20-dək iki ölkə prezidentlərinin Alyaskada görüşünün hazırlanması və keçirilməsi ilə bağlı bəzi maliyyə əməliyyatlarını Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan azad edib.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədində deyilir.
Söhbət Alyaska ştatında keçiriləcək görüşlərdə iştirak üçün zəruri olan əməliyyatlardan gedir. Sənəddə vurğulanır ki, bu tədbir anti-Rusiya sanksiyaları altında bloklanmış heç bir aktivin dondurulmasını nəzərdə tutmur.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, liderlər Rusiya-Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər.