ABŞ Senatı koronaviris üçün yardım paketini təsdiqlədi – Hər kəs 1200 dollar alacaqbackend

ABŞ Senatı koronaviris üçün yardım paketini təsdiqlədi – Hər kəs 1200 dollar alacaq

ABŞ Senatı pandemiyaya görə 2.2 trilyon dollarlıq yardım paketini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” nəşri yayıb.

Mənbə bildirir ki, pul koronavirus pandemiyası səbəbindən iqtisadiyyatı stimullaşdırmaq üçün hazırlanıb.

Sənədə əsasən hər yetkin amerikalıya 1200 dollar, hər yetkinlik yaşına çatmayan üçün 500 ABŞ dolları ayrılacaq. Müəssisələr üçün 500 milyard dollarlıq bir kredit proqramı da var. Onlar bu pulla kredit alacaqlar. Kiçik müəssisələrə isə 367 milyard ayrılacaq. Təsdiq edilmiş paket xəstəxanalara 130 milyard təmin edir və işsizlik sığortasını genişləndirir.

Kömək paketi 96 senator tərəfindən dəstəklənib. Respublikaçı lider Mitchell McConnellə görə, bu məbləğ “müharibə dövründə ölkəmizə qoyulan investisiya səviyyəsinə” bərabərdir.

“Bu, bayram etmək anı deyil, zərurət anıdır. Bütün amerikalılara deyirəm: kömək yoldadır”. Azlıqların lideri Çak Şumer belə deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-da COVID-19 qurbanlarının sayı 1000 nəfəri ötmüşdü. Son günlər ölkədə ölənlərin sayı üç dəfə artıb. Ümumilikdə 69 mindən çox koronavirus infeksiyası qeydə alınıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*