Amerikalı senatordan təxribatçı AÇIQLAMA: “Azərbaycanlılar Ermənistanın ərazilərinə təcavüz etdilər”backend

Amerikalı senatordan təxribatçı AÇIQLAMA: “Azərbaycanlılar Ermənistanın ərazilərinə təcavüz etdilər”

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, senator Bob Menendez, Bayden administrasiyasının Azərbaycana yardımı nəzərdə tutan 907-ci düzəlişi məhdudlaşdırmaqdan imtina etməsindən narahatlığını bildirib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Menendez öz sərsəm və ikiüzlü fikirlərini belə ifadə edib: “Ermənistanın ərazilərini işğal etdilər. Mənə elə gəlir ki, bunun qəbuledilməzliyinə dair açıq bir çağırış olunana qədər təcavüzü davam etdirəcəklər”.

Menendez bildirib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd göstərilən doktor Karen Donfrid təsdiqlənərsə, Senatın Xarici Əlaqələr Komissiyası ilə bu mövzuda yaxından iş aparılacaq. “Biz mütləq şəkildə əmin olmalıyıq ki, Azərbaycana etdiyimiz yardımlar Dağlıq Qarabağın həllinə dair öhdəliyimizlə rəsmi Bakı arasında güc balansının pozulmasına təsir göstərmir”.

Müşviq Tofiqoğlu

KONKRET.az 

  • Азер
    İyul 22, 2021 - 09:01

    30 лет международно признанные территории Азербайджана были под оккупацией.Все международные институты молчали.А теперь ,видите,как подсуетились ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*