ABŞ Suriyadakı hərbi mövcudluğunun azaldılması çərçivəsində Suriyadakı iki hərbi bazasını bağlayıb və daha birini Suriya Demokratik Qüvvələrinə təhvil verib.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü “Əl-Ərəbiyyə” telekanalına deyib.
“500-ə yaxın amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə təhvil verilib”, – qeyd olunub.