ABŞ Türkiyəni erməni soyqırımını tanımaqla təhdid edəcək – Erməni mətbuatıbackend

ABŞ Türkiyəni erməni soyqırımını tanımaqla təhdid edəcək - Erməni mətbuatı

KONKRET.az erməni mediasına istinadən yazır ki, ABŞ prezidenti Donald Trampın müşavirləri Türkiyənin Suriyaya hücumunun qarşısını almaq üçün bir neçə yol təklif edib. ABŞ Milli Təhlükəsizlik Şurasının anonim bir nümayəndəsi Newsweek-ə açıqlamasında təkliflərdən birinin Türkiyəni Erməni Soyqırımını tanımaqla hədələməsi olduğunu söyləyib.

Media xatırladır ki, Missisipi istisna olmaqla ABŞ-ın 50 ştatından 49-u erməni soyqırımını tanıyıb.

Qeyd edək ki, Türk ordusu 9 oktyabrda Suriyanın şimal-şərqinə hücum edib. Ankaraya gedən ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə danışıqlardan sonra 17 oktyabrda Suriyadakı hərbi əməliyyatların 120 saat dayandırılması barədə razılıq əldə edilib. Razılaşmaya görə həmçinin Rəsmi Vaşinqton və Ankara ərəb ölkəsi ilə sərhəddə təhlükəsizlik zonası yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*