ABŞ Ukrayna ilə bağlı BU QƏRARINI ertələyirbackend

ABŞ Ukrayna ilə bağlı BU QƏRARINI ertələyir

ABŞ gələcəkdə Ukraynaya silah tədarükü ilə bağlı hələ qərar verməyib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker “Azadlıq Radiosu”na açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Vaşinqtonun əsas diqqəti keçmiş prezident Donald Trampın müharibəni dayandırmaq imkanlarını qoruyub saxlamağa yönəlib.

“Buna görə də Ukraynaya gələcək hərbi yardım məsələsi ilə bağlı heç bir qərar qəbul edilməyib”, – deyə Uitaker vurğulayıb.

Diplomat əlavə edib ki, ABŞ Avropanın Ukraynaya “dayanıqlı sülhə nail olmaq üçün lazım olan resursları və siyasi kapitalı” təmin etmək sahəsində liderlik rolunu üzərinə götürəcəyinə ümid edir.

“Azadlıq Radiosu”nun NATO-dakı diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Ukrayna hələ də ABŞ-dan əvvəlki administrasiyanın təsdiqlədiyi yardım paketlərini alır. Eyni zamanda Vaşinqtonla Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsi və Starlink sistemlərinin işləməsi də davam etdirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*