“ABŞ bir ildən çoxdur ki, Ukraynaya dəstək göstərmir”.
KONKRET.az xəbər verir ki, bunu Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallas deyib.
Onun sözlərinə görə, avropalıların diqqəti məhz buna yönəlib.
“Artıq görürük ki, ABŞ bir ildən çoxdur ki, Ukraynanı dəstəkləmir; bunu edən avropalılardır”.
Kallas Ukrayna münaqişəsinin həlli məsələsində hər hansı bir razılaşmanın işləməsi üçün Avropanın iştirakının zəruri olduğu fikrini bildirib.
ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bildirib ki, ABŞ-nin Avropa müttəfiqləri müdafiə qabiliyyətlərinə kifayət qədər sərmayə qoymayıblar və Amerikanın dəstəyi olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verə bilmirlər.
(unikal)
