“Donald Tramp gizli şəkildə Ukraynaya nüvə silahı ötürə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Britaniyanın “Express” qəzetinə müsahibəsində hərbi ekspert Nikolas Drummond deyib.
Onun sözlərinə görə, Vaşinqton və Kiyev arasında gizli sövdələşmə baş tuta bilər və Ukrayna birdən-birə çox güclənəcək.
“Zelenski deyə bilər ki, “bizim nüvə silahımız var və əgər bizə hücum etsəniz, Moskvanı bombalayacağıq ”, – deyə Drummond bildirib.
Onun sözlərinə görə, Donald Tramp respublikanın NATO-ya qoşulmamasına zəmanət müqabilində Ukrayna ilə bağlı belə bir addım ata bilər .
Bundan əvvəl Almaniyanın “Der Spiegel” jurnalı yazıb ki, Ukraynada Donald Trampın Ağ Evə qayıtması fonunda nüvə silahı yaratmaq barədə düşünənlər var, lakin ərazidə lazımi şərait olmadığı üçün belə bir perspektiv real görünmür.
Məlik
KONKRET.az