“ABŞ və Fransanın həmsədr kimi fəallaşmasına bu şərtlə “yaşıl işıq” yandırılacaq” – İlGİNC AÇIQLAMAbackend

“ABŞ və Fransanın həmsədr kimi fəallaşmasına bu şərtlə “yaşıl işıq” yandırılacaq” – İlGİNC AÇIQLAMA

“Böyük dövlətlər həmsədrlik institunu yenidən canlandırmağa çalışırlar. Fransa və ABŞ müharibə və sonrakı dövrdə oyundankənar vəziyyətqə qaldıqlarından həmsədrlik institununun yenidən fəallaşdırılmasına səy göstərirlər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Vaşinqton və Paris bu məqsədlə Moskva və Ankara ilə təmaslar, eləcə də telefon danışıqları həyata keçirir: “Çünki, Vaşinqton və Paris görür ki, Cənubi Qafqazda real iki oyunçu var – Rusiya və Türkiyə. Ona görə də, Paris və Vaşinqton bu iki ölkəni yola gətirməyə çalışır. Rusiya ilə Türkiyənin ABŞ və Fransa ilə münasibətləri onsuz da hamar deyil, anlaşılmazlıqların sayı çoxdur. Ona görə də Moskva və Ankara ABŞ və Fransanın yenidən Cənubi Qafqaza qayıdışına birmənalı “yox” demir ki, yerdə qalan körpüləri də yandırmasın. Ancaq həm Moskva, həm də Ankara üçün Cənubi Qafqazda qırmızı çizgilər var, yəni ABŞ və Fransanın fəallığı Rusiya və Türkiyənin bölgədəki maraqlarına zidd olmamalıdır. Əgər ABŞ və Fransa bunu qəbul edəcəklərsə onların yenidən həmsədrlər kimi fəallaşmasına “yaşıl işıq” yandırılacaq”.

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ və Fransanın Rusiya və Türkiyənin nəzarəti altında olacağını söyləmək çətindir: “Azərbaycanın mövqeyinə gəldikdə isə, ermənipərəst Fransa ilə ABŞ-ın yenidən bizə “dərs” keçməyə çalışmasını qəbul etməməliyik. Azərbaycan cəmiyyəti həmsədrlərin yenidən fəaliyyətə başlamasını istəmir. Çünki həmsədrlərin müharibədən sonra yeganə mövzusu “Qarabağın statusu” ola bilər ki, bu da bizim maraqlara uyğun deyil. Buna baxmayaraq həmsədrlik institutundan imtina etməyimizin çətinlikləri də var. Böyük dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycana təzyiqi arta bilər. İkinci tərəfdən Ermənistan həmsədrlik institutundan imtinamızdan informasiya savaşında bizə qarşı istifadə edəcək. Həmsədrlik institundan imtina etmədən də, onların fəaliyyətinə və səfərlərinə əhəmiyyət verməmək olar”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*