ABŞ və Qərbin Gürcüstan planı: Azərbaycanla münasibətlər nə vəd edir?backend

ABŞ və Qərbin Gürcüstan planı: Azərbaycanla münasibətlər nə vəd edir?

Məlum olduğu kimi, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Qərb və ABŞ hazırda seçkilərə böyük diqqət ayırıb. Sözügedən ölkələr bunun fonunda təzyiq məqsədilə gürcü hakimiyyətinə qarşı müxtəlif sanksiyalar tətbiq etməkdədirlər.

Maraqlıdır, seçkilərdə Qərbyönümlü qüvvələr qalib gələrsə, adıçəkilən ölkədə hadisələr hansı ssenari üzrə inkişaf edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib ki, son zamanlar rəsmi Tbilisinin atdığı addımlar ABŞ və Qərbi qane etməyib:

 

“Qeyd olunduğu kimi, Gürcüstanda keçiriləcək seçkilərdə ABŞ və Qərb dövlətlərinin ciddi marağı və diqqəti var. Çünki son zamanlar qonşu ölkənin atdığı bəzi addımlar Avropa İttifaqı (Aİ) ölkələrini qane etməyib. Xüsusən də “Xarici agentlər” haqqında Qanun Qəbrin və ABŞ-nin xoşuna gəlməyib. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Avropa Mixeil Saakaşvilini həbsdən azad etdirərək yenidən hakimiyyətə gətirməyi planlayır. Ondan sonrakı baş nazir Bidzina İvanaşvilli daha çox Rusiyayönümlü siyasəti ilə yadda qaldı və iki ölkə arasındakı əlaqələrin inkişafına diqqət yetirdi. Qeyd etdiyim kimi, Qərb hakimiyyətə onların mövqeyini dəstəkləyəcək qüvvələri gətirmək istəyir”.

Ekspert vurğulayıb ki, kimlərin seçiləcəyindən asılı olmayaraq Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf edəcək:

“Seçilərin nəticəsindən asılı olmayaraq iki ölkə arasındakı əlaqələr inkişaf edəcək. Çünki Azərbaycanın Gürcüstanda ciddi investisiya layihələri var. Enerji sahəsində birlikdə addımlar atırıq. Hesab edirəm ki, münasibətlərdə inkişaf daha real görünür və bu yöndə addımlar olacaq”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*