ABŞ və Ukrayna bu tarixdə müqavilə imzalaya bilərbackend

ABŞ və Ukrayna bu tarixdə müqavilə imzalaya bilər

Vaşinqton və Kiyev fevralın 22-də Ukraynanın təbii ehtiyatlarından istifadəyə dair sazişi imzalaya bilərlər.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü “Wall Street Journal” (WSJ) nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və Ukrayna razılaşmaya yaxınlaşır. Qəzet qeyd edir ki, hələlik yekun razılıq əldə olunmayıb, lakin razılaşmanın şənbə günü imzalanması mümkündür.

Sənədin məzmunu ilə bağlı heç bir məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*